BAKI,TurkicWorld , Fərid Mikayılov
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Suriya daxili işlər naziri Ənəs Hattab və onu müşayiət edən nümayəndə heyətini Ankarada qəbul edib.
TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya X sosial media hesabından açıqlama verib.
Görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları, Suriya Daxili İşlər Nazirliyinə və ona bağlı qurumlara dəstək, təcrübə mübadiləsi, intensiv təlim proqramlarının təşkili və Türkiyədə müvəqqəti qorunma altında olan suriyalıların ölkələrinə qayıdışı ilə bağlı iş birliyi məsələlərinin müzakirə olunduğunu bildirib.
Görüşün, iki ölkə arasında təhlükəsizlik və miqrasiya sahəsində əməkdaşlığı gücləndirməsi gözlənilir.