AZ

800 illik üsul: Ağac kəsmədən odun ƏLDƏ EDİRLƏR

Yaponiyada “Daisuqi” adlanan çox qədim bir üsulla ağacları kəsmədən odun əldə edirlər. Bu texnika 800 ildir tətbiq olunur və əsasən "Yapon sərvi" ağacından istifadə edilir.

News24.az xəbər verir ki, metodun mahiyyəti budur: ağacın gövdəsi kəsilmir, onun üst hissəsindən düz və keyfiyyətli budaqlar böyüdülür, illər sonra bu budaqlar oduna çevrilir.

Bu üsulla ağac həm yaşayır, həm də məhsul verir. Daisuqi sayəsində təbiətə zərər vermədən, uzunömürlü və dayanıqlı taxta əldə edilir. Bu texnika Yaponiyada həm istehsalda, həm də memarlıqda istifadə olunur.

Əgər "Yapon sərvi" Azərbaycanda da yetişdirilə bilsə, bu üsul bizdə də meşələrin qorunması üçün faydalı ola bilər.

 Xeyrənsə Piriyeva

Seçilən
41
1
news24.az

2Mənbələr