AZ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

  Yanvar–iyul aylarında 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib.

Referans  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 383 ümumi təhsil müəssisəsinin rəhbəri barəsində intizam tənbehi tədbiri görülüb. 21 məktəb direktorunun əmək

müqaviləsinə xitam verilib. Məktəbəqədər təhsil müəssisələrində 189 rəhbərlə bağlı intizam tənbehi tədbiri tətbiq olunub.

Məktəbdənkənar təhsil müəssisələrində 20 rəhbərə intizam tənbehi verilib.

2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata

keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi

tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.

Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3

müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.

Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələtinə əsasən isə

müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam

tənbehi tədbirləri tətbiq olunub.

Qeyd edilib ki, ümumilikdə monitorinqlərin əsas məqsədi tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin

fəaliyyətində şəffaflığın təmin edilməsidir. Həmçinin, təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin

təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan

qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb./“Qafqazinfo”


Seçilən
18
49
referans.az

10Mənbələr