AZ

Türkiyənin polad ixracı 9 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.

Seçilən
80
11
turkic.world

10Mənbələr