AZ

Saud Abdulhamid “Roma”nı tərk etdi - “Lans”a görə

Səudiyyə Ərəbistanı yığmasının və “Roma”nın müdafiəçisi Saud Abdulhamid 2025/2026-cı illər mövsümünü “Lans”da keçirəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Canavarlar” 26 yaşlı futbolçunu Fransa klubuna bir mövsümlük icarəyə veriblər. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Saud Abdulhamid Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yetirməsidir. O, ölkəsində “Əl-Hilal”ın da uğurları üçün çalışıb. “Roma” Saudu 2024-cü ilin avqustunda 2,5 milyon avro müqabilində “Əl-Hilal”dan transfer etmişdi. Müdafiəçinin İtaliya klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Abdulhamid “Roma”nın heyətində cəmi 8 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Saud Səudiyyə Ərəbistanı yığmasında da forma geyinir. O, milli komandanın heyətində 45 oyuna çıxıb, 1 qol və 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr