AZ

Əli Kərimli dəstəbaşı statusunu itirir ANALİZ

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

O gün təsadüfən sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin ənənəsinə uyğun olaraq sayıqlamalarını əks etdirən videosuna rast gəldim. Deyirdi ki, Paşinyan yaxşı rəhbərdir. Onunla əlaqələri inkişaf etdirmək və sülh müqaviləsinin imzalanmasını tezləşdirmək lazımdır. Həm də iddia edirdi ki, Paşinyan guya demokratik prinsiplərə dəyər verən baş nazirdir.

Açığı Əli Kərimlinin sözlərinə güldüm. Düşündüm ki, yəqin ki, Ə.Kərimlini danışdıran onun günvurmadan ağlını itirməsdir. Yəni havaların normadan artıq isti keçməsi onsuz da düşüncəsində problemləri olan Ə.Kərimlinin başına əməlli-başlı təsir edib. O da erməni təəssübkeşliyinə uyğun olaraq sayıqlamalar səsləndirir.

Paşinyan o məxluqlardandır ki, ölkəsində söz deyənin dilini kəsdirir, tənqidi fikirlər söyləyənləri türmələrdə çürüdür. Paşinyanı demokrat adlandıran Ə.Kərimli Ermənistanda hər gün insanların döyülüb, söyülməsindən xəbərsizdirmi? Başa düşmürmü insanlar sərbəst toplaşmaq azadlığından tamamilə məhrumdur. Bütün bu və digər faktları anlamırsa, deməli, havanın günəşli və isti keçməsindən ən çox zərbə Ə.Kərimliyə dəyib. Onun sağalması üçün payızın gəlməsi lazımdır ki, o günlərə də hələ çox var. Ona görə də payız gələnə qədər Ə.Kərimlinin çox sayıqlayacağı şübhəsizdir.

Əli Kərimli siyasətin üz qarasıdır

Hər bir insan öz əməlinə, fəaliyyətinə görə mükafatını və ya tənqidini qazanır. Ona görə də, hər bir insan atdığı addımlarına, etdiyi əməllərinə, danışdığı sözlərinə xüsusi fikir verməlidir. Təəssüf ki, vacib hesab olunan həyati məsələlərə insan olan bəşər övladı əksər hallarda riayət etmir. Xüsusilə də, siyasətdə olub, siyasi fəaliyyətlə məşğul olduqlarını iddia edən kəslər var ki, sözdə milli və dövlətçilik maraqlarına uyğun siyasət yürütdüklərini iddia etsələr də, əməli fəaliyyətlərində öz mənafelərinə, bəzən isə hansısa kənar qüvvələrin istək və tələblərinə uyğun fəaliyyət göstərirlər. Azərbaycan siyasi səhnəsində yer alan siyasətçilərin, əsasən də partiya sədrlərinin siyasi arenadakı mövqelərini və fəaliyyətlərini səthi də olsa saf-çürük edilsə kifayət qədər qaranlıq məsələlərə, sual doğuran fəaliyyətlərə aydınlıq gətirilə bilər. Məlum olar ki, bəzi siyasətçilər, xüsusilə də, AXCP, Müsavat, Milli Şura kimi qurumların başbilənləri üzdə dövlətə, dövləti maraqlara uyğun siyasət yürütdüklərini deyirlərsə, alt qatda min bir hiylə qurmaqla erməni diasporunun mənafeyini əks etdirən siyasət aparırlar. Dəfələrlə iş başında yaxalansalar da, səhvlərindən nəticə çıxarmayıblar. Əksinə, yeni bicliklər və ağılagəlməz fənkirliklərlə əməllərini davam etdiriblər. Bu da onların xarici qarantlara sevdalı olduqlarını göstərir. Baxmayaraq ki, ictimaiyyət onları satqın və xəyanətkar fəaliyyətlərinə görə tənqid edir, iradlar səsləndirirlər. Bu azmış kimi, AXCP, Müsavat, Milli Şuranın sıravi üzvləri cəmiyyətlə həmrəylik nümayiş etdirək, Əli Kərimliyə, Cəmil Həsənliyə, Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbərin, Arif Hacılının satqın fəaliyyətlərinə ciddi şəkildə narazılıqlarını bildirirlər. Dəfələrlə narazı sıravilər sosial şəbəkələrdə rəhbər şəxslərə qarşı sərt statuslarla, videopaylaşımlarla çıxışlar ediblər.

Ə.Kərimliyə maddi yardımlar göstərilir və qarşılığında müəyyən işlər tələb edirlər

Dağıdıcı müxalifət düşərgəsində, xüsusilə də AXCP və Milli Şura daxilində narazılıqlarının artması Milli Şuranın sədri Cəmil Həsənlini çıxılmaz duruma salıb. Vəziyyətdən çıxmaq üçün çıxış yolları arayan C.Həsənli Ə.Kərimli ilə söhbətlərinin birin də Milli Şuranın qapadılması təklifini çatdırıb. Lakin Ə.Kərimli Milli Şuranın bağlanmasına qarşı çıxıb və səbəbini də yayın gəlişi ilə qurumun xətti ilə aksiyaların keçirilməsi istəyi ilə əlaqələndirib. Onu da bildirib ki, USAİD-in bağlanması ilə maliyyə imkanları məhdudlaşsa da, yeni fondlarla əməkdaşlıq əlaqələri qurmaqla Milli Şuraya qrantlar ala biləcəklər. Faktın özü təsdiq edir ki, Ə.Kərimli USAİD-in bağlanmasından sonra ciddi maliyyə itkiləri ilə üzləşsə də, yeni xətlər tapacağına ümidlərini kəsməyib. Həm də görünür ona xaricdən kimlərsə mesajlar göndərib. Məlum həqiqət ondan ibarətdir ki, Əli Kərimli özünü gah siyasətçi, gah da bloger kimi təqdim etməyə çalışsa da, cəmiyyət onu xaricdəki anti-Azərbaycan qüvvələrin trolu olaraq tanıyır. Sadəcə, Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müəyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplaya bilsin. Ədalət naminə demək olar ki, qismən də olsa bu istiqamətdə məqsədinə nail ola bilib. Məram və məqsədlərini anlamayan pul hərisi olan Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn, Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı qrantdan onlara da verir. Bu isə utancvericidir. Çünki özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırıqlarına boyun əyib, trolluq etməz.

Dəstəbaşlar mövqelərini itirirlər

Reallıq ondan ibarətdir ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının ölkəmizdə təxribatlar törətmək, görülən fundamental sosial, iqtisadi, hərbi, siyasi uğurları heçə endirmək cəhdləri uğursuzluğa düçar olur. Bunu əyani şəkildə azad və demokratik şəkildə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri zamanı görmək mümkün oldu. Boykot iddiaları iflasa uğramaqla bir daha cəmiyyətdə boşboğaz, xarici qüvvələri sözçüsü olduqlarını nümayiş etdirildi. Utanmazcasına seçkidən sonra özlərini seçkiləri yaxından izləyən və seçki prosesi ilə bağlı geniş bilgilərə malik məxluqlar kimi təqdim etməyə çalışdılar. Hətta “nəticləri tanımadıqları” barədə gülüş doğuran absurd iddia ilə çıxış etdilər. Hətta bu yöndə çal-çağır da etdilər. Hərəsi əlinə bir zurna alıb, nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə statuslar yazdılar, videolar paylaşdılar. Hazırda susublar, danışmırlar. Bu da ondan irəli gəlir ki, konstruktiv mövqeyə malik müxaliflərin onları lağa qoymasından, hətta fitə basmasından nəticə çıxarıblar. Düzdür, onlar ictimai rəyin iradlarından dərs götürən məxluq olmadıqlarını hər zaman nümayiş etdiriblər. Lakin susmaqla, bir növ yanlış yol tutduqlarını nümayiş etdiriblər. Xüsusilə də əksər cəbhəçilərin Ə.Kərimlinin boykot qərarını qınamaları AXCP daxilində ciddi çalxalanmalar yaradıb ki, bu da Ə.Kərimlinin onsuz da ağır olan vəziyyətinin daha da pisləşməsinə təsir edən amillərdən hesab edilir. Susqunluqla daxili vəziyyəti nizamlamağa, bir növ təlatümlü vəziyyəti sakitləşdirməyə ümid edirlər. Ancaq artıq ox yayından çıxıb, hökm sürən ağır vəziyyət AXCP və Milli Şuranın sıradan çıxaması, ən azı digər partiyalara transfer edilməsi ilə nəticələnəcək.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
sesqazeti.az

1Mənbələr