AZ

ABŞ Konqresində Fələstin üçün hərəkət başladı – Trampın qarşısında yeni tələb

ABŞ Konqresinin Nümayəndələr Palatasının 13 Demokrat üzvü Donald Tramp administrasiyasına məktub yazaraq onu Fələstin Dövlətini tanımağa çağırıb.

Turkustan.az xəbər verir ki, Axios xəbər platformasının əldə etdiyi məlumata görə, ABŞ Konqresinin üzvləri Vaşinqtonun Fələstin Dövlətini tanıması istiqamətində bəzi addımlar atır.

Nümayəndələr Palatasındakı 13 demokrat Tramp administrasiyasından Fələstin dövlətinin tanınması tələbi ilə bağlı məktubu imzalayıb.

ABŞ başda olmaqla Fələstini tanımayan bütün ölkələrə çağırış edilən məktubda “Bu faciəvi dövr fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun uzun müddətdir tanınması zərurətindən dünyanı xəbərdar etdi” deyilir.

Nümayəndə Ro Khannanın rəhbərlik etdiyi məktubu imzalayanlar arasında Çelli Pinqri, Nydia Velazkes, Cim MakQovern, Qreq Kasar, Lloyd Doqqett, Veronika Eskobar, Maksvell Frost, Al Qrin, Jared Huffman, Mark Pokan, Bonni Uotson və Andrey Karson kimi digər demokratlar da var idi.

Xanna məsələ ilə bağlı açıqlamasında 147-dən çox ölkənin Fələstini tanıdığını xatırladıb və ABŞ-ın “azad dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə qala bilməyəcəyini” bildirib.

Nümayəndə Qrin Fələstin Dövlətinin tanınması üçün qətnamə təqdim etməyə hazırlaşdığını bildirsə də, Konqresin bəzi digər üzvləri də yaxın həftələr və aylarda Qəzzada dərinləşən humanitar böhranla mübarizə üçün bəzi təşəbbüslər göstərəcəklərinə işarə ediblər.

Fransa, Böyük Britaniya, Kanada və Malta sentyabrda Fələstin Dövlətini tanıyacaqlarını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
1
turkustan.az

2Mənbələr