AZ

Qazaxıstan Almaniyaya neft ixracını 160 min ton səviyyəsində saxlayıb

Bu ilin iyulunda “Drujba” neft kəmərləri sistemi ilə Almaniyaya nəql olunan Qazaxıstan neftinin həcmi 2025-ci ilin iyun ayı səviyyəsində 160 min ton təşkil edib.

Bakues.az “İnterfaks-Qazaxıstan” agentliyinə istinadən xəbər verir ki, bu barədə “KazTransOil” (KTO) milli şirkəti məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin iyul ayında Qazaxıstan neftinin Almaniyaya sonradan çatdırılması üçün Adamova Zastava neft tədarükü məntəqəsinə ixracının həcmi 160 min ton təşkil edib. İyun ayında Almaniyaya nəql olunan Qazaxıstan neftinin həcmi də 160 min ton təşkil edib. Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında 1,087 milyon ton ixrac edilib.

Bununla belə, şirkət 2025-ci ilin avqust ayı üçün nəqliyyat planları haqqında dəqiq məlumat verməyib.

Asim

Seçilən
15
icma.az

1Mənbələr