AZ

Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır - FOTO

  Sosial şəbəkələrdə - xüsusilə "TikTok" platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub.

Referans  baku.ws-ə istnadən xəbər verir ki, kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və ətin kiloqramı cəmi 13 manat 50

qəpikə təklif olunur.

Məlumata görə, bu ətlər Ukraynadan gətirilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Ətin zahirən təmiz və keyfiyyətli görünməsi diqqət

çəkir, lakin qiymətin bazar dəyərindən xeyli aşağı olması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.

Qeyd edək ki, hazırda ölkəmizdə:

Yerli quzu ətinin qiyməti: 20-22 manat,

Sümüklü mal əti: 15.50-16 manat,

Sümüksüz mal əti isə 17-18 manatdan başlayır.

Seçilən
23
13
referans.az

10Mənbələr