Niderland millisinin sabiq üzvü Lük de Yonqun yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, 34 yaşlı hücumçu "Portu"ya keçib.


Bu barədə Portuqaliya klubu məlumat yayıb.  De Yonq PSV-dən ayrıldıqdan sonra sərbəst agent kimi "Porto"ya qoşulub.


O, ötən mövsüm Erediviziyada 31 oyun keçirərək 14 qol vurub və 8 qol ötürməsi edib.