AZ

Konservləşdirilmiş qidalardan bu halda zəhərlənə bilərsiz; DİQQƏTLİ OLUN – EKSPERT - FOTO

Son günlər istirahət məqsədilə səfərə çıxan vətəndaşların iştirakı ilə baş verən yol qəzalarının sayı artıb. Bu qəzalar nəticəsində ölənlər, yaralananlar olur, bəzən isə bütöv ailə faciəvi şəkildə həyatını itirir. Məsələn, bir neçə gün əvvəl Laçında, dünən isə Gədəbəydə baş verən qəza hadisələri bu təhlükənin nə qədər ciddi olduğunu bir daha göstərdi.

Bəs bu cür faciələrin səbəbi nədir? İsti hava, sürücülərin diqqətsizliyi və ya təcrübəsizliyi? Yoxsa dağlıq relyefin nəzərə alınmaması və yolların texniki baxımdan nasaz olması?

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, bu cür qəzalar təkcə son günlərə aid deyil.

Onun fikrincə, problemin kökü daha dərindir:

“Təəssüf ki, yol qəzaları istər istirahət günlərində, istərsə də adi vaxtlarda daim baş verir. Uzaq məsafələrə gedərkən riayət olunmalı qaydalar var, lakin çox vaxt onlara əməl edilmir. Nəticədə bir neçə nəfərin ölümü ilə nəticələnən ağır qəzalar baş verir. Bəzən qəza nəticəsində bir neçə ailə üzvünü itirmək kimi dəhşətli hadisələr yaşanır”.

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin məsuliyyətsizliyidir:

“Sürücülər bəzən bələd olmadıqları dağ yollarında həddindən artıq özgüvənlə hərəkət edirlər. Məsələn, Laçın yolları uzun illər istifadəsiz qalmış, relyefi çətin və təhlükəli ərazidir. Amma elə sürücülər var ki, sanki illərdir həmin yollarda hərəkət edirmiş kimi təhlükəli manevrlər edir, nəticədə isə qəza qaçılmaz olur. Eyni mənzərəni Gədəbəydə də görürük. Ora da Laçın qədər mürəkkəb relyefə malikdir”.

Elməddin Muradlı qeyd edir ki, belə yollarda hərəkət üçün xüsusi sürücülük təcrübəsi və texniki cəhətdən saz avtomobil zəruridir:

“Amma görürsən ki, sürücü 30 illik maşınla yola çıxır və elə davranır ki, sanki dünyanın ən təhlükəsiz avtomobilini idarə edir. Problem təkcə avtomobilin texniki vəziyyəti ilə bağlı deyil. Burada psixoloji hazırlıq, məsuliyyət hissi və hədsiz özgüvən də əsas rol oynayır. Özgüvən, əlbəttə, önəmlidir, amma ölçüsüz olduqda təhlükəyə çevrilir”.

Ekspert həmçinin yol infrastrukturundakı problemlərə də diqqət çəkib:

“Ölkənin bir çox bölgəsində yol nişanları, nişanlanma xətləri və təhlükəsizlik elementləri kifayət qədər deyil. Bəzən yollar çökür, nişanlar ya yoxdur, ya da görünməyəcək yerdə yerləşdirilib. Yol nişanı ağacın arxasında gizlənir, işıqfor isə yarpaqların arasında görünmür. Bu cür vəziyyətlər sonda qəzalara səbəb olur”.

E.Muradlı deyib ki, məsuliyyət təkcə sürücülərin deyil:

“Söhbət həm də yolların keyfiyyəti, dövlət qurumlarının nəzarəti və ictimai şüur səviyyəsindən gedir. Hər kəs anlamalıdır ki, sükan arxasına əyləşmək sadəcə avtomobil idarə etmək deyil, eyni zamanda, insan həyatı üçün böyük məsuliyyətdir. İstər 30 illik maşın olsun, istərsə də yeni model”.(global.info)

Seçilən
16
avtosfer.az

1Mənbələr