“Kreml indi nüvə eskalasiyasından danışmağın mümkün olduğuna inanmır”.
Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, son günlər səslənən emosional bəyanatları şərh edərək, vəziyyətin emosional olduğunu bildirib:
“İnanmırıq ki, biz indi hər hansı eskalasiyadan danışırıq. Aydındır ki, çox mürəkkəb və həssas maddələr müzakirə olunur. Bu, təbii ki, çoxları tərəfindən çox emosional şəkildə qəbul edilir. Rusiya nüvə silahının yayılmaması mövzusuna çox diqqətlə yanaşır. Biz hesab edirik ki, hər kəs nüvə ritorikası ilə çox diqqətli olmalıdır.nNüvə müharibəsində qalib ola bilməz”.
Asim