AZ

Qəbələyə 3 günlük istirahət turu - TƏHLİL

Finss.az - Avqust ayının ilk həftəsində Qəbələyə təşkil olunan fərdi 3 günlük istirahət turlarının qiymətləri 95-250 manat arasında dəyişir. Tur qiymətinə yerləşmə, səhər yeməyi və bəzən müəyyən ekskursiyalar daxildir.

Ən ucuz təkliflər əsasən hostellərdə və ya qonaq evlərində gecələməni əhatə edir. Bu tur paketlərində adambaşına ümumilikdə 95-120 manat civarında qiymətlər müşahidə olunur. Orta səviyyəli hotellərdə 2 gecəlik yerləşmə, səhər yeməyi və Qəbələnin əsas turistik məkanlarına fərdi ziyarət imkanları ilə qiymətlər 130-170 manat aralığındadır.

Lüks otellərdə yerləşmə və əlavə xidmətlərlə təmin olunan turlar isə 200-250 manat arası dəyişir. Bu kateqoriyaya daxil olan təkliflərdə “Tufandağ” kompleksinə gediş, “Yeddi gözəl” şəlaləsinə səfər və ləziz milli mətbəx nümunələri təqdim edilir.

Qeyd edək ki, qiymətlər nəqliyyatın daxil olub-olmamasına görə dəyişir. Nəqliyyat xidməti daxil olmayan fərdi turlar daha ucuz başa gəlir.

Seçilən
10
fins.az

1Mənbələr