AZ

Ukrayna Təhlükəsizlik Xidməti terror aktı cəhdinin qarşısını alıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.

Bu barədə Moderator.az UTX-nin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.

"Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb", - bəyanatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.

Seçilən
52
7
moderator.az

8Mənbələr