AZ

Kral ailəsində barış küləyi - Harri və Uilyam bir araya gəlir

Britaniya kral ailəsinin üzvü Şahzadə Harri illərdir münasibətlərində gərginlik yaşadığı böyük qardaşı Şahzadə Uilyama barışıq əli uzadıb.

Yenisabah.az xəbər verir ki, Harri sentyabr ayında Londona səfəri zamanı qardaşı ilə görüşmək niyyətindədir. Bu görüş kral ailəsi ilə münasibətlərin normallaşması baxımından mühüm addım hesab olunur.

Məlumata görə, hazırda həyat yoldaşı Meqan Marklla ABŞ-ın Kaliforniya ştatında yaşayan Şahzadə Harri Böyük Britaniyada keçiriləcək bir tədbirə qatılmaq üçün Londona gələcək. Onun yaxın ətrafı bu dəfə Harriyə münasibətləri düzəltmək istiqamətində ciddi və səmimi bir istək olduğunu bildirib. Dominos pizza

Xatırladaq ki, Harri və Meqan krallıqdan ayrıldıqdan sonra verdikləri qalmaqallı müsahibələr, yayımlanan sənədli filmlər və Harriyə məxsus “Spare” adlı avtobioqrafik kitab ailədaxili münasibətlərdə soyuqluğa səbəb olmuşdu.

Harri və Uilyamın bir araya gəlməsi və mümkün barışığı Britaniya ictimaiyyəti tərəfindən maraqla gözlənilir. Müşahidəçilər bu səfərin kral ailəsi daxilində yeni bir səhifə aça biləcəyini düşünür.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
3
1
yenisabah.az

2Mənbələr