AZ

Marko Yankoviç Şkendiya ilə matçda Qarabağ a kömək edə bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la matçlarda zədə səbəbindən "Qarabağ"a kömək edə bilməyən Marko Yankoviç yaşıl meydanlara qayıdıb.

Bunu Oxu.Az-a açıqlamasında "Qarabağ" klubunun media və marketinq şöbəsinin rəhbəri Anar Hacıyev bildirib.

"Aleksey İsayev və Dani Bolt zədə səbəbindən bu görüşü buraxmalı olacaqlar. Amma Marko Yankoviç zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub", - deyə A.Hacıyev bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" avqust ayının 5-də səfərdə "Şkendiya" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
oxu.az

1Mənbələr