Rusiyanın Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktının birbaşa icraçılarından dörd nəfər günahlarını etiraf edib və onlar əməllərindən peşman olublar.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Ayvar TASS-a müsahibəsində məlumat verib.
"İttiham aktı elan edildikdən sonra terror aktının bütün birbaşa iştirakçıları günahlarını tam etiraf etdiklərini və əməllərindən peşman olduqlarını bildiriblər", - deyə Ayvar bildirib.
"Cebheinfo.az"