AZ

ABŞ və İsrail HƏMAS-a ultimatum hazırlayır

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatına qarşı ultimatum irəli sürməyi planlaşdırır. Ultimatumun şərtləri yerinə yetirilmədiyi təqdirdə, yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirəcək.

Moderator.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti yazır.

Bildirilir ki, Təl-Əviv HƏMAS-dan dərhal bütün girovları - ən azı 20 nəfəri İsrail həbsxanalarındakı fələstinli məhbuslarla mübadilə üçün azad etməyi tələb edir. Həmçinin həlak olmuş 30 girovun cəsədlərinin də qaytarılması gözlənilir.

Bundan əlavə, İsrail və ABŞ HƏMAS-ın silahları təhvil verməsini və gələcəkdə silahlı mübarizəni dayandırmasını tələb edir.

Qeyd edək ki, HƏMAS nümayəndəsi Mahmud Mardavi məsələ ilə bağlı verdiyi şərhdə hərəkatın silahları təhvil verməyə razı olmayacağını bildirib.

"Bu, əvvəldən bizim tələbimiz olub: müharibənin dayandırılması, məhbusların azad edilməsi və Qəzza zolağında sonrakı razılaşmalar - aydın və hərtərəfli sövdələşmə", - deyə o qeyd edib.

Seçilən
23
moderator.az

1Mənbələr