Aİ-nin Ukraynaya hərbi yardımı faktiki olaraq dondurulub.
KONKRET.az xəbər verir ki, bunu Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrel “EUobserver” portalına müsahibəsində deyib.
“Mən vəzifədən] gedəndən bəri Ukraynaya Aİ-dən heç bir hərbi yardım göstərilməyib. Avropa Sülh Fondundakı 6,6 milyard avro Macarıstana görə blokadada qalır. İndi hər şey ikitərəfli əsasda edilməlidir”, – o deyib.
Keçmiş avropalı diplomat əlavə edib ki, Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi ilə də oxşar çıxılmaz vəziyyət yaranır. “Macarıstan sanksiyaları uzatmaqdan imtina edərsə, bunu həyata keçirmək mümkün olmayacaq. Biz çıxılmaz vəziyyətdəyik”, – Borrell qeyd edib.
Ötən ildən bəri Macarıstan Avropa Sülh Fondundan (APF) Kiyevə silah üçün ayrılan 6,6 milyard avronun qarşısını alır. Aİ diplomatik xidmətinin rəhbəri kimi Borrell etiraf edib ki, Brüsselin bu məsələnin həlli yoxdur.
Müşviq Tofiqoğlu
KONKRET.az