AZ

İranda istilər səbəbindən dövlət müəssisələri bağlanıb

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

İranda havaların həddindən artıq isinməsi və enerji istehlakının artması səbəbindən Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində dövlət müəssisələri müvəqqəti bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Ərdəbil valiliyinin bəyanatında bildirilib ki, Enerji İstehlakı İdarə Heyətinin qərarı ilə yüksək temperatur və enerji istehlakını tarazlaşdırmaq məqsədilə 5 avqust, çərşənbə axşamı günü dövlət qurumları fəaliyyətini dayandıracaq. Təcili yardım xidmətləri və növbətçi bank filialları bu qərarın xaricindədir.

Qərbi Azərbaycan vilayətində isə Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Koordinasiya Şurasının qərarı ilə dövlət müəssisələri 5-6 avqust tarixlərində bağlanacaq.

İdarə heyəti xalqa müraciət edərək enerji çatışmazlığının aradan qaldırılmasında dəstək olacağına ümid etdiyini bildirib.

Son dövrlərdə İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra bölgələrdə enerji istehlakının pik həddə çatması səbəbindən elektrik enerjisinin gündəlik iki saatlıq kəsilməsi tətbiq olunur. Xüsusilə isti havalarda kondisionerlərin geniş istifadəsi enerji tələbatını artırıb.

Səlahiyyətlilər əhalini enerji resurslarından qənaətlə istifadə etməyə çağırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
operativmm.az

2Mənbələr