Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Starbase Brewing” şirkəti kosmosda pivə istehsal etmək üçün təcrübə keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun X sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Təcrübə MicroBrew-1 adlanır və onun əsas məqsədi mikroqravitasiya və kosmik radiasiyanın fermentasiya prosesinə təsirini araşdırmaqdır.
Layihə müəlliflərinin fikrincə, bu təşəbbüs fermentasiya texnologiyasının təkmilləşdirilməsinə, həmçinin kosmosda istehlak üçün nəzərdə tutulmuş qida və içki məhsullarının inkişafına töhfə verə bilər.
Təcrübə çərçivəsində səməni taxılından alınmış şəkərli maye və az miqdarda dondurulmuş quru maya olan xüsusi qablar kosmosa göndəriləcək. Astronavta bu komponentləri qarışdırmaq və sıfır çəkili mühitdə fermentasiya prosesinə başlamaq tapşırılacaq.
Nəticədə əldə olunan məhsul Yerə qaytarılaraq təhlil ediləcək. Alimlər hüceyrə səviyyəsində baş verən dəyişiklikləri elektron mikroskop vasitəsilə öyrənəcək, eyni zamanda kimyəvi və sensor analizlər aparacaqlar.
Günay
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.