ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yasamal rayonunda aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, rayonun Əsəd Əhmədov küçəsi 31A ünvanında “Etalon” binasının qarşısındakə qazıntı sürücülərin, eləcə də digər sakinlərin anrazılığına səbəb olub. Bir neçə gün əvvəl kommunal xidmət təmin edən qurumlardan biri əraziyə gələrək qazıntı işləri aparıb. Lakin qazıntıdan sonra yolun bərpası həyata keçirilməyib. Nəticədə ərazi yararsız hala düşüb, yol çökməyə başlayıb və latoklar (beton yağış kanalları) ətrafa dağılıb.
Ərazidəki vəziyyət nəinki piyadaların, hətta nəqliyyat vasitələrinin də hərəkətinə ciddi çətinlik yaradır. Vətəndaşların sözlərinə görə, artıq bir neçə maşının alt hissəsi zərər görüb. Sakinlər məsul qurumların biganəliyindən narazıdır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-a bildirilib ki, qeyd olunan ünvanda qəza baş verib.
“Yasamal Rayon Sukanal İdarəsinin Qəza xidməti tərəfindən 02 avqust 2025-ci il tarixində problemin aradan qaldırılması və xəttin bərpası işləri həyata keçirilib. Ərazidə torpaqbərkitmə işləri görülüb, asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti quruma müraciət olunub. Yaxın müddət ərzində asfalt qatının bərpası işlərinin aparılması nəzərdə tutulur”.
Fidan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.