AZ

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə üzv təyin edilib

Bakı.Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinə yeni üzv təyin edilib.

Trend xəbərverir ki, Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarındabaşlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbərvəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanıb. Banksektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraqsığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyətgöstərmişdir. Daha sonra NEQSOL Holding-in tərkibinə daxil olan,telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdərəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarəHeyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla dadövlət idarəçiliyi sahəsində də təcrübə qazanmışdır.

2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsindəfəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci iltarixli sərəncamı ilə Fuad Xəlilov “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinətəyin edilmişdir.

Seçilən
46
6
az.trend.az

9Mənbələr