AZ

"Qarabağ" elə bir şərtlərlə YENİ TRANSFER etdi ki… İNANMAQ OLMUR!

"Qarabağ"ın dünən növbəti transferini rəsmiləşdirməsindən xəbərdarsız.

Ağdam təmsilçisi ötən mövsümdə İspaniyada “Rayo Valyekano”nun formasını geyinən Joni Montieli heyətinə qatıb.

Onunla 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsi dir. O, 2015-ci ildə əsas komandaya keçib.

Joni burada keçirdiyi 10 ildə “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos”da icarədə olub. İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Saytımız gündəmi silkələyən bu anlaşma ilə bağlı müəyyən bilgilər əldə edib. Məsələn, redaksiyamıza məlum olub ki, Joni “Qarabağ“a havayı başa gəlib.

Prineyli iyulda azad agent statusu aldığından, təzminat ödəmək lazım olmayıb.

Səbəbkarın özü isə Azərbaycanda böyük pullar qazanmayacaq. Bu mənada klub rəhbərliyi tədbirli davranıb, sərfəli şərtlərlə kontrakt bağlayıb.

“Rayo Valyekano”nun yetirməsi ölkəmizdə illik 300 min dollar həndəvərində gəlir əldə edəcək.

SPORTİNFO.AZ

Seçilən
2
1
sportinfo.az

3Mənbələr