AZ

İsrail mediası: Netanyahu yardıma icazə verməklə Qəzzaya yeni hücumların yolunu açır

İsrail mediasında yayılan məlumatlara görə, baş nazir Benyamin Netanyahunun Qəzza zolağına məhdud humanitar yardım buraxılması qərarı, əslində bölgəyə yeni hərbi hücumlara zəmin yaratmaq məqsədi daşıyır.

Turkustan.az xəbər verir ki, hesabatda qeyd edilir ki, dörd aya yaxın davam edən intensiv hücumlardan sonra həm ordu daxilində, həm də siyasi səviyyədə ciddi fikir ayrılıqları yaranıb. Netanyahu isə bu humanitar yardım addımını Qəzza şəhəri və əl-Məvasi bölgəsinə qarşı növbəti hərbi əməliyyatları qanuniləşdirmək üçün vasitə kimi istifadə etməyə çalışır.

Bildirilir ki, bəzi ordu birlikləri Qəzzadan çəkilsə də, yardım qərarına hərbi çevrələrdə narazılıq var. Hərbi mənbələr yardımın təzyiqləri zəiflədə biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, İsrail martın 2-dən etibarən Qəzzaya yardım axınını tamamilə dayandırmış və blokadanı daha da sərtləşdirmişdi. Hətta son 8 gündə Qəzzaya yalnız 674 yardım maşınının girişinə icazə verildiyi, bunun da bölgənin gündəlik ehtiyaclarının yalnız 14 faizini qarşıladığı açıqlanıb.

İsrail hökuməti daxilində müharibənin bitməsi və Qəzzadan çəkilmə ilə bağlı ziddiyyətli mövqelər artdıqca, müxalifət və girov ailələri Netanyahunu razılaşmalara bilərəkdən mane olmaqda ittiham edirlər. HƏMAS isə bütün əsirləri azad etməyə hazır olduğunu, lakin bunun yalnız hücumların dayandırılması və tam geri çəkilmə şərti ilə mümkün olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
1
turkustan.az

2Mənbələr