AZ

Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Yazını böyüt
Yazını kiçilt

Avqustun 5-də gecə Bakının Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, gücləndirmə işləri ilə əlaqədar olaraq avqustun 5-də saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
6
36
hafta.az

10Mənbələr