Türkiyəli Prof. Dr. Sərvət Altay barmaq və dırnaqlarda dəyişikliklərin bir çox xəstəliklərin əlaməti olduğunu bildirib.
Prof. Dr. Altay həkimlərin fiziki müayinə ilə bir çox xəstəliyin ilkin diaqnozunu qoya biləcəyini də qeyd edib.
Bəzi xəstəliklərin qabaqcıl müayinə və görüntüləmə testlərinə ehtiyac olmadan təsbit edilə biləcəyini vurğulayan Altay, "Ələ, barmaqlara və dırnaqlara baxaraq bəzi xəstəliklərdən şübhələ bilərik. Əllərində, barmaqlarında və dırnaqlarında dəyişiklik görənlər həkimə müraciət etməlidirlər" - deyib.
Altay şəxslərə barmaq və dırnaqlarındakı dəyişiklikləri diqqətlə müşahidə etməyi tövsiyə edib.
Cəmiyyətdə rast gəlinən bir çox xəstəliyin, xüsusilə, barmaq və dırnaqlarda dəyişikliklərlə özünü göstərdiyini izah edən Altay fikirlərinə bunları da əlavə edib:
"Əgər dırnaqda ağ hissəciklər varsa, bu, qaraciyər sirrozu kimi bir xəstəliyin əlaməti ola bilər. Barmaqlarda və dırnaqlarda sıyrıqlar varsa, bu, qan azlığının əlaməti ola bilər. Barmaqda ləkələr varsa, bu, qaraciyərin sirrozu və revmatik xəstəliklər kimi bir xəstəliklərin simptonları hesab oluna bilər. Əgər barmaqda göyərmə müşahidə edirsinizsəz, qan xəstəlikləri və ürək çatışmazlığı ağla gəlməlidir. Həmçinin müxtəlif formada barmaq deformasiyaları KOAH kimi xəstəliklərin əlamətidir. Dırnaqda cizgilər gördükdə isə ağlımıza revmatik xəstəliklər gəlməlidir. Buna görə də əllərinizə baxarkən onları daha diqqətlə müşahidə etməlisiniz”.
Professor Altay barmaq və dırnaqlarda baş verən dəyişikliklərin əhəmiyyətini vurğulayaraq, "Barmaqlar və dırnaqlar insan bədəninin güzgüsüdür. Onlara baxanda bir çox xəstəliklər görə bilərik” - deyib.