AZ

Qida əlavələri uşaq orqanizminə xeyirlidirmi? -Pediatr AÇIQLADI

Müasir dövrdə insanların qidalanma vərdişləri və həyat tərzi dəyişdikcə, orqanizmin ehtiyac duyduğu bəzi maddələrin gündəlik rasionla tam şəkildə təmin olunması çətinləşir. Bu səbəbdən qida əlavələrinin (vitaminlər, balığ yağı və s) istifadəsi getdikcə daha geniş vüsət alır. 

Qida əlavələri uşaqlar üçün xeyirlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Pediatriya cəmiyyətinin həqiqi üzvü,5 Saylı uşaq Poliklinikasının Pediatriyasının Şöbə müdiri Eyniyeva Mahirə Tahir qızı bildirdi ki, qadınlar hamiləlik dövründən balıqlı qidalar tükətməyə başlasalar yaxşı olar.

"Pediatr olaraq 1 yaşına qədər olan uşaqların heç birinə balıq yağı məsləhət görmürəm. Çünki bir yaşına qədər uşaqlarda allergiya faktorları ola bilər. 8-ci ayından uşağın rasionuna balıqlı qidalar daxil edilməlidir. Əgər yox, 8-ci aydan sonra uşaq həftədə iki dəfə balıqlı qidalardan istifadə etmirsə, o zaman biz pediatr olaraq 1 yaşdan böyük uşaqlara artıq balıq yağı təyin edirik".

Pediatr qeyd etdi ki, balıq yağının tərkibində olan A və D vitamini, eləcə də Omeqa 3, Omeqa 6 var və bunlar uşaq üçün çox faydalıdır:

"A vitamini görməni, D vitamini sinir skelet, sümük sistemini, Omeqa 3, 6 isə beyin inkişafının yüksək inkişaf etməsinə kömək edir. Ona görə balıq yağının faydalarının danışdıqca bitmir. Faydaları çoxdur. Məsələn, valdeyn gəlib deyir ki, məsləhət ilə 7 aylıq uşağa balıq yağı verdim və səhər gördüm ki, uşağımın bütün bədəni səpkidir. Bununla artıq uşaq allergiya olmuş olur. Ona görə mən məsləhət görürəm ki, həkim məsləhəti olmadan uşaqlarımıza heç bir əlavə qida verilməsin", - deyə E.Mahirə fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr