AZ

“Qarabağ”ın yeni legionerini “Şkendiya” ilə oyunlara niyə sifariş edə bilməyib?

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən İspaniyanın “Rayo Valyekano” klubunda çıxış etmiş Joni Montieli heyətinə qatıb. Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

Bəs, yeni futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlar üçün sifariş olunubmu? 

Düzdür, futbolçu heyətə yeni qoşulduğundan onun sabahkı oyunda iştirakı onsuz da mümkünsüz görünürdü. Lakin Bakıdakı cavab matçı üçün ona az da olsa şans veriləcəyini ehtimak etmək olardı.

Amma “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin QOL.az-a bildirdiyinə görə, ispan futbolçu “Şkeniya” ilə hər iki görüşdə iştirak edə bilməyəcək. Buna səbəb onun adının 3-cü mərhələ üçün sifariş edilməməsidir.

“Qaydalara görə, yeni futbolçunun adı yalnız təsnifat mərhələsi bitəndən ən geci bir gün sonra UEFA-ya göndərilə bilər. Yəni Joni Montielin durumunda “Şelburn”la cavab matçından sonra onun adı sifariş ediməli idi. Amma o, klubumuza dünən transfer olunub. Bu səbəbdən adı iştirak ərizəsinə salına bilməzdi”.

Beləliklə, Joni Montiel yalnız pley-off mərhələsi üçün sifariş olunacaq.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr