AB-nin Ukraynaya hərbi yardımı faktiki olaraq dondurulub.
Axar.az xəbər verir ki, bunu AB-nin keçmiş baş diplomatı Jozep Borrell deyib.
“Mənin vəzifədən gedişimdən sonra AB-dən Ukraynaya heç bir hərbi yardım göstərilmədi. Avropa Sülh Fondundakı 6,6 milyard avro Macarıstana görə blokadada qalır. İndi hər şey ikitərəfli əsasda edilməlidir”, - Borrell bildirib.