AZ

Braziliyada ən böyük neft yatağı kəşf edildi

Britaniyanın enerji şirkəti British Petroleum (BP) Braziliyanın cənub-şərqindəki Santos hövzəsində son 25 ildə ən böyük neft və qaz yatağı kəşf edib.

Gundem.az xəbər verir ki, şirkətin məlumatına görə, Bumeranq yatağı Rio-de-Janeyrodan 400 km aralıda yerləşir və 300 kvadrat kilometr ərazini əhatə edir.

Bu kəşf şirkətin son 25 ildəki ən böyük kəşfi olub.

Əvvəllər Polşa tarixində ən böyük neft və qaz yatağı respublikanın şimal-qərbində aşkar edilmişdir. Mayın ortalarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qara dənizdə 75 milyard kubmetr ehtiyata malik qaz yatağının kəşf edildiyini açıqlamışdı.

 

Seçilən
3
1
gundem.az

2Mənbələr