AZ

ABŞ klubuna keçməyə hazırlaşır - Premyer Liqadan ayrılan hücumçu

Cənubi koreyalı hücumçu Son Hın Min MLS-in “Los Anceles” klubuna keçməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər şifahi razılığa gəliblər və yaxın vaxtlarda futbolçu ilə müqavilə imzalanacaq.

Forvard Asiya turundan sonra “Tottenhem”in düşərgəsinə gəlməyib və hazırda transferi rəsmiləşdirmək üçün Amerika klubundan rəsmi sənədləri gözləyir.

Son Hın Min 2015-ci ildən çıxış etdiyi “Tottenhem”dən ayrıldığını daha əvvəl təsdiqləyib.

33 yaşlı hücumçu son mövsümdə London klubu ilə Avropa Liqasının qalibi olub və komandada ümumilikdə 173 qol vurub.

Seçilən
5
sportinfo.az

1Mənbələr