AZ

Telefon mübahisəsi qanla bitdi 11 yaşlı qız qardaşını bıçaqladı

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tatarıstanda 11 yaşlı qız qanlı faciə törədib.

Bakupost.az xəbər verir ki, bu barədə “Çelninskiye izvestiya” portalı məlumat yayıb.

Məlumata görə, onun ailəsi bir il əvvəl MDB ölkələrindən birindən Menzelinsk şəhərinə köçüb.

Avqustun 2-nə keçən gecə evdə nənə və üç uşaq olub. Valideynlər həmin vaxt işdə imiş. Dördüncü sinfi bitirmiş 11 yaşlı qız gecə yatmayaraq telefonla oynayıb. 13 yaşlı qardaşı ondan telefonu kənara qoyub yatmağı xahiş edib. Bu sözlər qızın əsəbləşməsinə səbəb olub.

Qardaşı yuxuya getdikdən sonra o, mətbəx bıçağını götürərək ona xəsarət yetirib. Daha sonra nənəsinin sinəsinə bıçaq sancıb və 19 yaşlı bacısını boğmağa cəhd edib.

Yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qızın böyük isə bacısı xəsarət almayıb.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
www.bakupost.az

2Mənbələr