ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bakı müasir göydələnləri, sıx şəhər infrastrukturu və davamlı urbanizasiyası ilə tanınan metropoldur.
Lakin bu şəhərin təbiətə, xüsusilə vəhşi heyvanlara yaşamaq üçün uyğun bir mühit yaratdığını düşünmək yanlışdır.
Son günlər sosial şəbəkələrdə şəhər mərkəzində, yaşıllıq sahələrində dələlərin görünməsi kimi görüntülər paylaşılır. Bu, əslində Bakının təbiət üçün əlverişli mühit olmadığını gizlətməməlidir. Dələlərin, digər vəhşi heyvanların şəhərin ortasında, sıx urbanizasiya şəraitində görünməsi təbiətin "qonaq" kimi bu məkanı istifadə etməsindən başqa bir şey deyil.
Şəhərdə yaşıl sahələrin məhdudluğu, avtomobil sıxlığı, səs-küy, çirklənmə və insan fəaliyyətinin intensivliyi heyvanların normal şəkildə yaşaması üçün ciddi əngəllərdir. Belə şəraitdə heyvanların şəhərdə qalması, onların əzilmə, aclıq və stres kimi problemlərlə üzləşməsi riski ilə doludur.
Bakıdakı yaşıllıq sahələri mühafizə olunmalı, genişləndirilməli və vəhşi təbiət üçün daha uyğun yaşayış yerləri təmin edilməlidir. Əks halda, şəhərin təbiətlə uyğunlaşması yox, təbiətin şəhərdən sıxışdırılması prosesi davam edəcək.
Şəhər sakinləri olaraq, biz təbiətin vəhşi canlılarına həm ehtiram göstərməli, həm də onların yaşaması üçün real şərait yaratmağa diqqət yetirməliyik. Dələlərin şəhər mərkəzində görülməsi təəccüblü və maraqlı ola bilər, amma bu, təbiətin şəhərdə normal yaşaması anlamına gəlmir.
Leyla Mirzə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.