AZ

"Çelsi"nin futbolçusu "Everton"a keçib

"Çelsi" Kiernan Deusburi-Holla yollarını ayırmağa hazırlıaşır.

İdman.biz xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisi "Everton"a keçəcək.

London klubu transferin 25 milyon avro olmasını təsdiqləyib. Bundan başqa, "Çelsi" 4 milyon bonuslarla gəlir əldə edəcək. İngilis yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib, orta hesabla 19 dəqiqə meydanda olub

Qeyd edək ki, Deusburi-Holl 2024-cü ilin yayından "Lester"dən 30 milyon avroya transfer edilib.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr