Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.
“Report”un Şimal-qərb bürosunun mlumatına görə, hadisə Qəbələnin Laza kəndində baş verib.
Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.