ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
13 Saylı Cəzaçəkmə Müsəssisəsində saxlanılan sabiq deputat Nazim Bəydəmirlinin səhhətində problem yaranıb.
Bu barədə Gununsesi.info-ya onun xanımı Fəridə Bəydəmirli danışıb:
“Nazim zəng etmişdi. Səsi boğulurdu. Bildirdi ki, gecə saat 3:00 da nəfəsi kəsilirmiş. Dedi boğulurdum, məhbus yoldaşlarım həyəcan təbili çaldılar, növbətçi hissə köməyə gəldi, məni tibb məntəqəsinə apardılar, hərarətimi ölçdülər 37.7 -yə qalxmışdı. Bildirdi ki, vena daxilinə qarışıq iynə vurmaq istəsələr də icazə verməyib. Çünki tibbi yardım etmək istəyən həkim deyil, məhkumlardan biri olub”.
Nazim Bəydəmirli daha sonra xanımına bildirib:
“Səhərə kimi boğulmuşam, səhər həkim gəlib müayinə etdi, vəziyyətimin yaxşı olmadığını dedi. Sətəlcəm olmusunuz, təcili antibiotik müalicəsinə başlamaq lazımdır dedi. Xəstələnməzdən bir gün öncə cəzaçəkmə müəssisəsinin rəis müavini Firdovsi axşam 20:00 radələrində məni iş otağına çağırtdırdı, mənim niyə sıra baxışına çıxmadığımı müzakirə etdi. Mən isə öz növbəmdə ona izah etməyə çalışdım ki, ürəyimdə olan “implusif blokada”olduğu üçün, qanun məni kəskin isti havalarda, günəşin altında olmağa imkan vermir. Mən rəis müavininə irad bildirdim ki, otağınız çox soyuqdur, mən isə istirahət vaxtı olduğundan yeni duş qəbul etmişəm, belə kondisonerli soyuq otaqda olmaq mənim səhhətimə mənfi təsir edir. Buna baxmayaraq Firdofsi müəllim məni on dəqiqədən artıq müzakirəyə cəlb etdi. Nəticə isə göz qabağındadır. Boğuluram. Qanunla məhbusun səhhətində belə ciddi vəziyyət yaranıbsa, təcili yardım çağrılmalı, qospitala yatırılmalıydı. Yoldaşı deyib ki, Nazim ağır korona keçirib ciyərləri 45 faiz yoluxmuşdur. Yenidən ciyərlərinin soyuqlaması onun həyatına son verə bilər. Bütün səlahiyyətli orqanlara müraciət edirəm, təcili tədbir görün”.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.