Bakıda velosipedçini yük maşını vurub. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Akif Hacıyev velosipedlə hərəkətdə olarkən yük maşını ilə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən velosipedçi orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.