“Gəncə” heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” çexiyalı voleybolçu Karolina Nova ilə müqavilə imzalayıb.
Oyunçu ötən mövsümü Fransanın “Kemper” komandasında keçirib. Voleybolçu karyerası ərzində ölkəsindən başqa, ABŞ klublarında da çıxış edib.