AZ

Crocus dakı terror aktının icraçılarının həbs müddəti uzadıldı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall" konsert zalında 149 nəfərin həlak olduğu terror aktının 19 icraçısı və iştirakçısının həbs müddətini daha altı ay uzadıb".

Oxu.Az bildirir ki, bunu 127 zərərçəkmişin nümayəndəsi Lyudmila Ayvar TASS-a deyib.

"Məhkəmə təqsirləndirilən şəxslərin həbs müddətinin altı ay - 07.01.2026-cı il tarixinədək uzadılması barədə qərar qəbul edib", - deyə o vurğulayıb.

Daha əvvəl verilən məlumata görə, terror aktının birbaşa icraçılarından dörd nəfər günahlarını etiraf edib və onlar əməllərindən peşman olublar.

Xatırladaq ki, 2024-cü il martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Dörd silahlı konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, hücum nəticəsində 149 nəfər həlak olub, 609 nəfər yaralanıb. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd edib, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
oxu.az

1Mənbələr