AZ

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri qiyabi həbs edildi

BAKI, 4 avqust. TELEQRAF

Moskvanın Basmannı məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə E1.ru portalı məlumat yayıb.

“Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edilib”, - məlumatda deyilir.

Nəşr bildirir ki, bu, onun axtarışa verilməsindən sonra baş verib. Şıxlinski bir müddət Azərbaycanın Moskvadakı səfirliyinin ərazisində olub, Rusiya təhlükəsizlik qüvvələrinə ora giriş qadağan edilib. Danışıqlardan sonra o, hakimiyyət orqanlarına təslim olub və Yekaterinburqa aparılıb və istintaq təcridxanasına yerləşdirilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr