AZ

Zelenskinin ofisi Putinlə görüşlə bağlı yeni bəyanata reaksiya verdi

BAKI, 4 avqust. TELEQRAF

"Rusiyanın Ukrayna ilə liderlər səviyyəsində görüşlə bağlı qeyri-müəyyənliyi müharibəni davam etdirmək niyyətindən irəli gəlir".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

“Kremlin mətbuat katibi Dmitri Peskovun “mümkün” görüşlə bağlı bəyanatı növbəti gecikməyə bənzəyir, çünki heç bir konkretlik yoxdur”, - Yermak vurğulayıb.

O, Ukraynanın liderlər səviyyəsində görüşə hazır olduğunu xatırladıb və eyni zamanda, Ukraynanın tərəfdaşlarının da bu mövqeyi dəstəklədiyini deyib.

Yermak ABŞ Prezidenti Donald Trampa mütəmadi olaraq belə bir görüşün baş tutmasına səy göstərdiyinə görə təşəkkür edib.

"Əgər sual yalnız hazırlıqdan gedirsə, bu, qətiyyən bizim üçün deyil: biz hazırıq. Amma konkret tarix göstərilmədən sonsuz "istisna etmirik" qəbuledilməzdir", - o qeyd edib.

Seçilən
28
teleqraf.com

1Mənbələr