Rusiya Premyer Liqasında növbəti mövsümə iddialı başlamaq istəyən "Spartak Moskva" müdafiə xəttini gücləndirmək üçün ciddi addım atıb.
Fanat.Az xəbər verir ki, klub kolumbiyalı mərkəz müdafiəçi Karlos Kuestanın transferini bitirməyə yaxındır.
Bu barədə məlumatı "Ekol TV" yayıb.
Mənbənin məlumatına görə, "Spartak" tərəfi futbolçu və onun klubu ilə transfer şərtləri üzərində son detalları razılaşdırır. Kuesta ilə artıq şəxsi razılıq əldə olunub, transferin önümüzdəki günlərdə rəsmiləşəcəyi gözlənilir.
"Spartak Moskva" rəhbərliyi bu transferin müdafiə xəttinə sürət və dinamika qatacağını hesab edir.
Kamil Xudiyev