AZ

"Qarabağ"ın Avropa Liqasındakı potensial pley-off rəqibi bəlli oldu

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın qarşılaşa biləcəyi mümkün rəqib müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində dəqiqləşib.

Əgər Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya məğlub olarsa, Avropa Liqasının pley-off raundunda Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında keçirilən duelın uduzan tərəfi ilə qarşılaşacaq.

Əksinə, "Qarabağ" "Şkendiya" üzərində üstünlük qazanarsa, eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində, Avropa Liqasında isə bu mərhələnin qarşılaşmaları 21 və 28 avqustda baş tutacaq.

Seçilən
47
90deqiqe.az

1Mənbələr