AZ

"Niyə də daha bir tarixi nəticə əldə etməyək?" - "Şkendiya"nın kapitanı

style='margin-bottom:10px;'>

“Qarabağ”la oyunlarda maksimum gücümüzü ortaya qoyacağıq. Biz özümüzə inanmalıyıq. Niyə də daha bir tarixi nəticə əldə etməyək ki?"

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Qarabağ"ı qəbul edəcək "Şkendiya"nın kapitanı Besart İbrahimi deyib.

Qol və qollar vurmağa çalışacağını bildirən 38 yaşlı hücumçu hər şeyin özlərindən asılı olduğunu əlavə edib: "Məqsədimizin ardınca getmək bizə bağlıdır. Qollar vurmaq üçün var gücümlə çalışacağam. İndiyə qədər bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, onlar çərşənbə axşamı da bizim 12-ci oyunçumuz olsunlar",

Qeyd edək ki, sabah keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Seçilən
28
3
teleqraf.com

4Mənbələr