AZ

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadıçı, şirniyyatçı”, “Dərzi”, “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə nəzəri imtahan keçirilib.

Agentlikdən 525.az-a bildirilib ki, hazırda peşə ixtisasları üzrə imtahan qeydiyyatı davam edir. Vətəndaşlar ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdə həyata keçirilir. İlk mərhələdə nəzəri imtahanı uğurla keçən ərizəçilər ikinci mərhələdə praktiki bacarıqların qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanırlar. Praktiki imtahanda da  uğur qazanan namizədlər həmin peşə ixtisasları üzrə müvafiq sənədlər əldə edirlər.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
525.az

1Mənbələr