"Boks üzrə keçmiş mütləq dünya çempionu Məhəmməd Əli son 100 ildə planetin ən böyük idmançısıdır".
Offsideplus.az xəbər verir ki, bunu UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədov deyib.
"Əgər şəxsiyyət cəhətdən yanaşsaq, heç kim Floyd Mayvezer kimi olmaq istəmir, amma, Məhəmməd Əliyə baxın, aramızda deyil, amma təkcə müsəlmanlara deyil, dünyada milyardlarla insana ilham mənbəyi olub", - deyə o vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib. Peşəkar karyerası ərzində 61 döyüş keçirib, 56-da (37-si nokautla) qalib gəlib və 5 dəfə məğlub olub.