AZ

Azərbaycan klubu monteneqrolu baş məşqçi ilə müqaviləni uzadıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası baş məşqçisi Milorad Despotoviçlə yeni müqavilə imzalayıb

90deqiqe.Az-ın məlumatına görə, monteneqrolu mütəxəssis daha bir il Mingəçevir klubuna başçılıq edəcək.

Ötən ildən komandada işləyən çalışdırıcı bölgə təmsilçisinə ölkə çempionatının bürünc mükafatını qazandırıb.

Qeyd edək ki, yeni mövsümdə Avropa Kubokunda mübarizə aparacaq “Kür” II təsnifat mərhələsində Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə qarşılaşacaq. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Seçilən
6
2
90deqiqe.az

3Mənbələr