“Şkendiya”nın futbolçusu Besart İbrahimi Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri III təsnifat mərhələsi oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:
“Qarabağ”a qarşı üzərimizdə təzyiq yoxdur. Bir az şansımız varsa belə bunu dəyərləndirməliyik. “Qarabağ” keyfiyyətli rəqibdir və favoritdir. FCSB ilə oyunda bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. İnanıram ki, sabah da burda olacaqlar və onların dəstəyi ilə xəyallarımızı reallaşdıracağıq”.
“Şkendiya” – “Qarabağ” oyunu saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 12-də Bakıda olacaqş