AZ

"Tramp Bakıya şərt qoyub"...


Erməni mediası "Tramp Bakıdan dəstək istədi" əvəzinə "Tramp Bakıya şərt qoydu" deyir!

Erməni mediasının xəbərinə görə, Reuters danışıqlardan səhih məlumatı olan mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və komandası onun 2020-ci il administrasiyasında başlanmış diplomatik təşəbbüs olan İbrahim Razılaşmasının genişləndirilməsi üzərində onun seçki strategiyasının bir hissəsi kimi çalışır:

"Agentliyin məlumatına görə, Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri sazişlərin potensial yeni iştirakçıları kimi nəzərdən keçirilir. Bu ölkələrin İsraillə artıq rəsmi əlaqələri olsa da, Tramp iqtisadiyyat, təhlükəsizlik və infrastruktur sahələrində daha sıx əməkdaşlığı təmin edərək, təşəbbüs çərçivəsində onlara formal struktur vermək niyyətindədir". Bunlar təxminən Reuters-in yaydığı məlumatlara uyğundur, amma bunun ardınca gələn növbəti məlumat erməni yalanından başqa bir şey deyil. Erməni mediasındakı informasiyanın uydurma hissəsində qeyd edilir ki, guya “Reuters”in fikrincə, Azərbaycanın iştirakının əsas şərtlərindən biri Ermənistanla sülhün əldə olunmasıdır: "Trampın komandasındakı mənbələr vurğulayıblar ki, prezident Bakı və İrəvan arasında mümkün razılaşmanı postsovet məkanında diplomatik arxitekturanın genişləndirilməsi istiqamətində “vacib addım” hesab edir".

Reuters-in məlumatında isə bildirilir ki, Tramp yalnız bu istiqamətdə Azərbaycana təkliflər verir və mütəmadi danışıqlar aparır. Əslində Orta və Mərkəzi Asiya ölkələrinin İbrahim Razılaşmasına qoşulması üçün ABŞ Azərbaycandan dəstək istəyir, nəinki ona təzyiq göstərir. Erməni mediası isə Reutrs-in bu ifadəsini kontekstdən çıxararaq öz maraqlarına uyğun ifadə edir ki, guya Tramp Azərbaycanın İbrahim Razlaşmalarına qoşulması üçün Ermənistanla sulh sazisinin bağlanmasını şərt kimi qoyub. Bu tamamilə yalandır, amma ABŞ əlbəttə, maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi daha tez imzalansın. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Lakin bu prosesdə ABŞ-ın Azərbaycana təzyiq imkanları mövcud deyil. Çünki ABŞ İbrahim Razılaşmasının genişləndirilməsi üçün Azərbaycandan dəstək istəyir.

Məlumat üçun bildirək ki, “İbrahim Razılaşması” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlanmış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır: “Planın iki əsas hissəsi var. Birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə "İbrahim Razılaşması" seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə həzrəti İshaqın (İsa peyğəmbərin) soyundan gələnlərdir. Yəni İbrahim sazişi ərəb və yəhudiləri barışdırmağa hesablanıb.

Lain erməni mediasi yenə həmişəki mərəzindən əl çəkmir, öz təbliğatını dezinformasiya və konteksdən çıxarılmış ifadələr üzərində qurmaqda davam edir. Bu gün Trampın Azərbaycana sülh sazişi ilə bağli təzyiqlər etdiyini yazaraq yalnız daxili auditoryada müəyyən xal qazanmaq olar. Amma bu tamamilə yalandırsa, belə dezinformasiya Ermənistan sərhədlərindən kənarda heç bir təsirə malik deyil. Görünür, Paşinyan komandası o qədər aciz durumdadır ki, hətta daxildə dezinformasiyalardan bu cür yararlanmağa ehtiyacı var...

Akif NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr